Siyasət

Ekspert: “Pakistan ilə Azərbaycan arasında enerji əməkdaşlığı əlaqələrin inkişafında yeni mərhələdir”

Sharing is caring!


“Azərbaycan ilə Pakistan arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş ölkələrin ikitərəfli münasibətlərində daha bir mühüm mərhələdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib.

“Azərbaycandan mayeləşdirilmiş təbii qazın (LNG) alınması Pakistanın enerjiyə olan tələbatını böyük ölçüdə ödəməyə kömək edəcək, eyni zamanda Azərbaycana bu ölkənin idxal bazarında yer tutmağa şərait yaradacaq. Bu, həm də enerji sahəsində gələcək əməkdaşlığa yol açır”, – K.Nəvab vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında bir çox sahələrdə, ilk növbədə enerji və infrastruktur sahəsində əməkdaşlıq üçün böyük potensial var:

“Pakistanın artan enerji tələbatı isə Azərbaycanın enerji şirkətləri üçün perspektivli bazar yaradır. Bundan başqa, buraya kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə, təhsil, eləcə də qida və toxuculuq sənayesi daxildir”.

Ekspert iki ölkə arasında müdafiə sahəsində səmərəli əməkdaşlığı xüsusilə qeyd edib:

“Birgə hərbi təlimlər və yüksək səviyyəli görüşlər hər iki ölkənin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiq edir, regional sabitlik və təhlükəsizliyin vacibliyini vurğulayır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir