Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Sabah Bakının bir rayonunda qaz olmayacaq – YENİLƏNİB

Sharing is caring!


Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsal Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

10:22

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, “Mədən” ərazisinin, “Baksol” yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan ortatəzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar 04.03.2024-ci il tarixdə saat 10:30-dan etibarən “Sərdarov zavodu” ortatəzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir