Siyasət

“Haber Global”: Ermənistan Fransa və İrana arxalanaraq sülhdən yayınmaqdan nə zaman əl çəkəcək? – VİDEO

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda təşkil etdiyi geniş mətbuat konfransında verdiyi açıqlamalar Türkiyənin “Haber Global” telekanalının efirində müzakirə edilib.

Rəsmi İrəvanın Bakı ilə münasibətlər, xüsusən də Qarabağla bağlı mövqeyi telekanalın studiyasına canlı olaraq bağlanan türkiyəli ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

Qardaş ölkə politoloqlarının fikrincə, Paşinyanın ənənəvi ziddiyyətli açıqlamaları açıq-aşkar sülh prosesindən yayınmaq məqsədi daşıyır və bu zaman o, heç şübhəsiz ki, Fransa və İran kimi təəssübkeşlərinə arxalanır.

Bəzi ekspertlər isə əksinə, Ermənistan baş nazirinin son açıqlamalarında sülhdən yayınma meyllərinə son qoymaq niyyətinin sezildiyinə diqqət çəkiblər.

Daha ətraflı “Haber Global”ın videomaterialında:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir