Dünya

İlon Mask “Twitter”dən sonra indi də oğlunun adını dəyişdirdi – FOTO

Sharing is caring!


Bu yaxınlarda “Twitter”in adını dəyişən iş adamı İlon Mask Kaliforniya qanunlarına uyğun olaraq oğlunun da adını dəyişməli olub.

İlon Mask və əsl adı Klar Elis Bouçer olan kanadalı müğənni Qrayms 4 may 2020-ci ildə ilk övladlarını qucaqlarına alıblar.

Mask “Twitter”də bununla bağlı paylaşım edib və oğlunun adının da X Æ A-12 Mask olduğunu açıqlayıb. Lakin bu adın Kaliforniya qanunlarına uyğun olmaya biləcəyi iddia edilmişdi.

Cütlüyün ad dəyişikliyini elan etməsindən bir ay keçməmiş isə körpənin adı doğum haqqında şəhadətnamədə rəsmən təsdiqlənib. Körpənin sənəddəki adının “X”, atasının adının “AE A-XII”, soyadının isə “Mask” olduğu bildirilib.

Qrayms “Twitter”də etdiyi paylaşımda oğullarının bənzərsiz adının mənasını izah edib.

“X” riyaziyyatda naməlum dəyişəni təmsil edir, “Æ” isə AI, yəni süni intellektin Elf dilində yazılışıdır və müxtəlif dillərdə “eşq” simvolu anlamına gəlir.

“A-12” isə döyüşdə qeyri-zorakı təbiəti səbəbi ilə hər ikisinin heyranlıq duyduğu SR-71 təyyarəsinin sələfi ilə bağlıdır.

A-12-dəki A hərfi isə Qraymsın ən sevimli mahnısı olan “Archangel”in qısaldılmış variantıdır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir