Siyasət

Kreml: “Putinlə Ərdoğan arasında təmaslar hələ planlaşdırılmayıb”

Sharing is caring!


“Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hələ təmas qurmağı planlaşdırmır”.

Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 24-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Putin və Ərdoğan arasında təmaslar hələlik planlaşdırılmayıb, lakin bunu istisna da etmək olmaz.

Qeyd edək ki, R.T.Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə 2023-cü il iyulun 18-də fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir