Dünya

“Əl-Hilal”dan Mbappe üçün fantastik təklif: Tarixin ən bahalı futbolçusu ola bilər

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Kilian Mbappe üçün PSJ-yə rekord təklif irəli sürüb.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, klub fransalı ulduz üçün 300 milyon avro ödəməyə hazırdır. Bu keçid reallaşsa, futbol tarixinin ən bahalı transferi olacaq.

“Əl-Hilal” Fransa millisinin üzvü ilə danışıqlara başlamayıb. Mbappenin karyerasını Avropada davam etdirmək istədiyi bildirilir. PSJ isə əmindir ki, hücumçu “Real Madrid”lə razılığa gəlib.

Qeyd edək ki, futbol tarixində reallaşmış ən bahalı transfer Neymarın “Barselona”dan PSJ-yə keçididir. Fransızlar 2017-ci ildə braziliyalı üçün 222 milyon avro ödəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir