Siyasət

Paşinyan yeni müharibənin mümkünlüyünü açıqlayıb

Sharing is caring!


Ermənistanın baş naziri Paşinyan yeni müharibənin mümkünlüyünü açıqlayıb.

“France-Presse”ə müsahibə verən Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanana və bu saziş parlamentlər tərəfindən təsdiq olunana qədər müharibənin təkrarlanması ehtimalı böyükdür.

“Ümumiyyətlə, Yer kürəsinin saziş çərçivəsində həll olunmayan münaqişəli vəziyyətli istənilən yerində istənilən vaxt müharibə ola bilər və bu, nəzərə alınmalıdır”, – deyə Paşinyan əlavə edib.

“Yenidən kəskinləşmələr, yeni müharibələr həmişə mümkündür, lakin bu, onun baş verəcəyi anlamına gəlmir. Amma bu, həm də o demək deyil ki, müharibə olmayacaq”, – Paşinyan vurğulayıb.

Mənbə: news.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir