Dünya

Vətən müharibəsində separatçılar tərəfində çəkilişlər aparan Rusiya müxbiri Ukraynada öldü – VİDEO

Sharing is caring!


Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrinin təmsilçiləri Ukraynanın Zaporojye vilayətində artilleriya atəşi altına düşərək yaralanıblar.

TASS-ın məlumatına görə, hərbi jurnalist Rostislav Juravlyov aldığı yaralardan ölüb. Müxbir Roman Polşakov dörd qəlpə yarası alıb, operatov Dmitri Şikovun çanaq sümükləri sınıb, həmçinin, yumşaq toxumalarından yara alıb. Juravlyovla eyni agentliyin işçisi olan hərbi jurnalist Konstantin Mixalçevski müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, Rostislav Juravlyov Vətən müharibəsi zamanı Qarabağda separatçılar tərəfində çəkilişlər aparıb. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir