Siyasət

“ARB 24” telekanalı ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında memorandum imzalanıb – FOTO

Sharing is caring!


Azərbaycanın “ARB 24” telekanalı ilə Qırğızıstanın “Ala Too 24” telekanalı arasında memorandum imzalanıb.

“Trend” xəbər verir ki, sənədi Şuşa şəhərində keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu çərçivəsində Radik İsmayılov və Ulan Satiyev imzalayıblar.

Qeyd edək ki, bu gün Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən, “Heydər Əliyev ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçirilir.

Tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edir.

Həmçinin, forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir