Cəmiyyət

Daşkəsənə dolu düşüb – YENİLƏNİB

Sharing is caring!


Daşkəsən və Göygöl rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 17:00-a olan məlumatına əsasən, saat 16:33-16:34 radələrində Daşkəsən rayonuna diametri 12 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Goranboyda 22 m/s, Şirvan, Göyçayda 20 m/s, Tərtərdə 18 m/s, İsmayıllı, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23-27 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrə çatıb.

13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 11:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə beş millimetrədək olub.

Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Xidmətin məlumatına görə, iyulun 9-da Bakıda havanın temperaturu iqlim normasından səkkiz dərəcə yuxarı olub.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir