Siyasət

Prezident: “Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir”

Sharing is caring!


“Həm sosial media, həm ənənəvi KİV-lər mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal onlara reaksiya verim”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Ona görə gələcək fəaliyyətində də mediadan istifadə edəcəyini bildirən dövlətimizin başçısı qeyd edib: “Mən, əlbəttə, istədiyim qədər fəal deyiləm, çünki məşğulam. Ancaq müəyyən narahatlıq doğuran, cəmiyyətdə narahatlıq doğuran məsələlərə gəldikdə, mən dərhal təmasdayam. Mənim ailəm də mənimlə təmasdadır, qohumlarım təmasdadır və belə görüşlər də çox vacibdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir