Siyasət

Hökumətlərarası komissiyanın iclasında ƏAİZ-in təqdimatı olub

Sharing is caring!


İyulun 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın iclasında Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iclas iştirakçılarına ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir