Siyasət

Milli Məclisin deputatı: “Türkiyə və Azərbaycan əlaqələri daha möhkəm təməllərlə inkişaf edəcək”

Sharing is caring!


“Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsinə Azərbaycan xalqı da ən az qardaş Türkiyə qədər sevinir”.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Ərdoğanın qələbəsi ilə təkcə Türkiyə deyil, bütün Türk dünyası qazandı: “Bu gün Türkiyəni sevməyənlərin, qardaş ölkəni Suriyaya, İraqa çevirmək istəyənlərin arzuları ürəklərində qaldı. Türkiyə xalqı özünün xoşbəxt gələcəyinə, dövlətinin daha güclü olmasına, möhkəmlənməsinə və inkişafına səs verdi. Biz əminik ki, növbəti illərdə də Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq daha da möhkəmlənəcək. Qarşımıza qoyduğumuz hədəflərə birlikdə, bir-bir nail olacağıq. Düşmənlərimizin bütün planlarına gücümüzlə meydan oxuyacağıq. Türkiyə və Azərbaycan əlaqələri daha möhkəm təməllərlə inkişaf edəcək”.

Qeyd edək ki, Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələri məlumdur. Bu vaxtadək səsvermə bülletenlərinin 99,06 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,07 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,93 faiz səs toplayıb. Artıq Türkiyə və Azərbaycanda Ərdoğanın qələbəsi təntənə ilə qeyd olunur.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir