Siyasət

Xalil Sisse: “Maliyə Fransanın “demokratiya modeli” lazım deyil”

Sharing is caring!


“Mali dövlətinə Prezident Emmanuel Makronun diktə etdiyi Fransanın “demokratiya modeli” lazım deyil”.

Bunu “Report”a açıqlamasında Malinin inkişafı üçün yeni təşəbbüs olan NIDEM Mərkəzinin prezidenti Xalil Sisse deyib.

“Makronun fransalı imperialist qüvvələrini ölkəmizdən çıxarmaq lazımdır”, – o əlavə edib.

X.Sisse qeyd edib ki, Mali öz tarixində dəfələrlə Fransanın müstəmləkə siyasətinin vəhşilikləri ilə üzləşib.

“Bizim öz mədəniyyətimiz və dəyərlərimiz, irsimiz və demokratiyamız var. Fransa bizim kimliyimizi və mədəniyyətimizi məhv edib, hətta rəsmi dilimiz belə, fransız dilidir. Mən fransızca danışa bilirəm, amma bu dildə danışmaq istəmirəm. Ana dilim ola-ola niyə fransız dilindən istifadə etməliyəm?” – mərkəzin prezidenti vurğulayıb.

O qeyd edib ki, Mali əsl müstəqilliyi dadmaq istəyir:

“Afrikada bir çox ölkələr yalnız kağız üzərində müstəqildir. Fransa, əslində, bizim sərvətlərimizə sahibdir, bizə ana dilimizdə danışmağa imkan vermir”.

Xatırladaq ki, Mali və Fransa arasındakı münasibətlər 2021-ci ilin sonunda Mali hərbi hakimiyyətinin Parisi sərt tənqid etməsi səbəbindən xeyli pisləşib. 2022-ci ilin yanvarında Mali keçid hökuməti Fransa səfirini ölkədən çıxarıb. Bundan başqa, keçid hökuməti Fransa qoşunlarının ölkədən dərhal çıxarılmasını tələb edib. Nəticədə ötən ilin avqustunda sonuncu fransız hərbçi Mali ərazisindən çıxarılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir