Siyasət

Türkiyəli nazirlər seçkiləri izləmək üçün AK Parti İstanbul təşkilatının binasına gəliblər

Sharing is caring!


Türkiyə daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş ölkədə keçirilən seçkiləri izləmək üçün AK Parti İstanbul təşkilatının binasına gəliblər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda partiya təşkilatının binasına 200 nəfərə yaxın yerli və əcnəbi jurnalist Türkiyədə keçirilən prezident və parlament seçkilərini izləmək üçün gəlib.

Artıq bir neçə saatdır ki, AK Parti İstanbul təşkilatının binası qarşısında izdiham yaşanır. AK Parti sədri Rəcəb Tayyib Ərdoğanın tərəfdarları əllərində Türkiyə və AK Parti bayraqları ilə öz namizədlərinə dəstəklərini nümayiş etdirirlər.

Hazırda hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirləri görür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir