İdman

Ramil Şeydayev “Qarabağ”ın təklifinə “hə” demir

Sharing is caring!

“Qarabağ”ın hücumçusu Ramil Şeydayev karyerasını harada davam etdirəcəyi ilə bağlı qərar verməyə tələsmir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubu ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Şeydayev “köhlən atlar”dan yeni sözləşmə təklifi alsa da, qarşı tərəfə şifahi razılıq belə verməyib.

Hazırda Rusiyanın iki elit klubundan real çağırışlar alan Ramili Türkiyə Super Liqasından da istəyən var. Bu üzdən Ağdam klubunun idarəçilərini intizarda qoyan Azərbaycan millisinin üzvü özü üçün ən sərfəli və perspektivli variantı seçməyə çalışacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir