Siyasət

“Heydər Əliyev vəfatından sonra da ölkəsinə xidmətə davam edib” – ŞƏRH + FOTO

Sharing is caring!


“XX əsrdə Sovet İmperiyasının qurulması ilə başlayan yeni dövrdə 70 il ərzində sovetləşdirilmək üçün aydınları öldürülən, milli ordusu dağıdılan, müəssisələri yıxılan, sürgünlər, edamlar yaşayan Azərbaycan 30 avqust 1991-ci ildə müstəqilliyini elan etdi. Təbii ki, bu müstəqillik elanını ilk tanıyan ölkə Türkiyə oldu”.

Bu sözləri Oxu.Az-a ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı danışarkən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Orxan Ərdəm deyib. O qeyd edib ki, tarix boyunca bir çox dövlətin tərkibində olan  Azərbaycan bu gün öz müstəqil dövləti ilə dünya səhnəsində yerini alıb:

“Yeni qurulan bu dövlətin ayaqda durma mübarizəsi 24 iyul 1993-cü ildə seçkilərə təxminən 5 ay qalmış xalqın yekdil istəyi və hökumətin çağırışı ilə siyasətə qayıdan Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə davam edirdi. 1990-cı illərdən öncə də 1941-1993-cü illər arasında Azərbaycanın sosial, mədəni və iqtisadi inkişafına böyük töhfə verib. Xalqı tərəfindən o qədər sevilib və ümidlə qarşılanıb ki, Heydər Əliyevin ölkə rəhbəri seçilməsini Milli Məclis də öz qərarı ilə təsdiq edib. 

Həyatının hər dövründə Azərbaycanı, xalqını sevdiyini və fəxr etdiyini qeyd edən lider aldığı bir çox mükafatla bərabər Türkiyə tərəfindən də “Atatürk Barış” medalına layiq görülüb.

2003-cü ilin seçkilərinə qədər ölkəsinə saysız xidmətləri ilə yaddaşlarda qalan ulu öndər Heydər Əliyev oğlunu da özündən sonra ölkəsini əmanət edə biləcəyi bir lider olaraq yetişdirərək, vəfatından sonra da ölkəsinə xidmətə davam edib.

Heydər Əliyevin vəfatından öncə xəstəliyinin artdığı dövrdə Türkiyədə – 3 noyabr 2002-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) 22-ci çağırışına seçkilər keçirildi. Mən də həmin seçkilərdə millət vəkili seçildim. Təəssüf ki, qısa müddət sonra Heydər Əliyevi itirdik. Bakıda keçirilən vida mərasiminə qatılaraq, Azərbaycan xalqının izdihamına hörmət və sayğı selinə, acılarına və yasına şahid olduq”.

Orxan Ərdəm Heydər Əliyevə Allahdan rəhmət, özü kimi ölkəsinin sevdalısı, vətənpərvər prezident olan İlham Əliyevə isə müvəffəqiyyətlər dilədiyini bildirib:

“Tarixi boyunca bağlarını qoparmayan, amma xüsusilə də Qarabağın erməni işğalından qurtulması üçün “bir millət, iki dövlət” şüarı ilə birlik nümayiş etdirən Türkiyə və Azərbaycanı, o cümlədən ikili əlaqələrimizi bu səviyyələrə gətirən liderlərimiz hörmətli Rəcəb Tayyib Ərdoğan və hörmətli İlham Əliyevi uca tanrı qorusun.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin doğumunun 100-cü ildönümündə hörmət və rəhmətlə anırıq, 2023-cü ilin “Heydər Əliyev ili” ilə bağlı liderinə hörmətini ifadə edən qardaş Azərbaycan xalqına salamlarımı çatdırır, sayğı və məhəbbətimi dilə gətirirəm”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir