Dünya

Ermənistan televiziyası katolikosun bayram müraciətini yayımlamaqdan imtina etdi

Sharing is caring!


Ermənistanın ictimai televiziyası bütün ermənilərin katolikosu II Qareginin Yeni il müraciətini yayımlamaqdan imtina edib. 

Bu barədə ölkənin dini idarəsinin mətbuat mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu, respublika müstəqillik əldə etdikdən sonra ilk dəfədir baş verir. Adətən, katolikosun təbriki ölkə rəhbərinin çıxışından əvvəl efirə gedir.

Televiziyası hələlik vəziyyəti şərh etməyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən bəri Erməni Apostol Kilsəsi ilə ölkənin hakim partiyasının nümayəndələri arasında münasibətlər nəzərəçarpacaq dərəcədə gərginləşib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir