Siyasət

Azərbaycan-NATO: Hikmət Hacıyev məhsuldar müzakirələr apardı – YENİLƏNİB + FOTO

Sharing is caring!


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə NATO Müavinlər Komitəsi ilə keçirdiyi ikitərəfli görüş yekunlaşıb. 

Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə “Twitter” hesabında məlumat verib. 

O bildirib ki, Hikmət Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perspektivləri, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində rolu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məhsuldar fikir mübadiləsi aparıb.

14:12

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.

Bununla bağlı NATO-nun rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.

Tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, terrorçuluqla mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

13:08

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yaxın saatlarda NATO baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrin nümayəndələri ilə görüş keçirəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.

Bildirilir ki, ikitərəfli görüş Müavinlər Komitəsi (DPRC) formatında keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir