Dünya

Rusiyalı bloger sükanı körpəsinə verdi – VİDEO

Sharing is caring!

Rusiyanın Yekaterinburq şəhərindən olan bloqer Aleksandra Korşunova (Saşa Korşun) bir yaşlı oğlunu sükan arxasına oturdub.

O, videonu “Instagram” hesabında paylaşıb:

“Hay-küy salmayın, kəndə gedirik”

Görüntülərdə bloqer əlini tam çəkərək sükanı qucağındakı körpənin ixtiyarına buraxır.

Körpə sükanı çevirir və düymələrə basır.

Yol polisinin mətbuat xidmətindən faktla bağlı yoxlama aparılacağını bildiriblər:

“Uşaq yerindən və marşrutun uzunluğundan asılı olmayaraq uşaq oturacağında daşınmalıdır”.

Həmçinin, yol polisinin nümayəndələri vurğulayıblar ki, uşağı qucaqda daşımaq xüsusilə təhlükəlidir, çünki kəskin manevr və ya qəza zamanı o, ciddi xəsarətlər ala bilər.

Mənbə: URA.RU

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir