Siyasət

Erməni deputatdan Rusiyaya silah ittihamı: “Bizə kömək etmirlərsə…”

Sharing is caring!


Ermənistan parlamentinin keçmiş deputatı Qayane Abramyan ölkənin ictimai televiziyasında müzakirələr zamanı Rusiyanı Ermənistana qarşı çıxmaqda ittiham edib.

Bu barədə “Telegram”ın Ermənistan seqmentində məlumat yayılıb.

“Rusiya Hindistandan alınan hərbi texnikanın İran ərazisindən keçərək Ermənistana gətirilməsinə mane olur. Rusiya Federasiyası kömək etmirsə, heç olmasa bizim aldığımız silahların gətirilməsinə müdaxilə etməməlidir”, – Abramyan bildirib.

Qeyd edək ki, Ermənistanın bütün sərhədlərini, o cümlədən İranla sərhədini Rusiya hərbçiləri qoruyurlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir