Siyasət

Ekoaksiya, buraxlış məntəqəsi və QARA TİKANLAR

Sharing is caring!

Könül İsmayılova: “Xaricdən təzyiqlər azmış kimi daxildən də çaşqınlıq yaratmaq istəyirlər”

“Sosial şəbəkələrdə bəzi klaviatura qəhrəmanları yenə anladılar-anlamadılar Laçın-Xankəndi yolunda qurulan sərhəd buraxılış məntəqəsi və Laçın-Şuşa yolunda keçirilən humanitar aksiyanın dayandırılması ilə bağlı fikir yürütməyə başlayıblar. Məsələlərə bu cür məntiqsiz, bəsit yanaşanları görməzdən gəlmək istəsəm də, onların ictimaiyyətdə çaşqınlıq yaratmalarına göz yuma bilmirəm”.

Xəbəral.az xəbər verir ki, bunu versus.az-a Laçın-Xankəndi yolunda sərhəd buraxılış məntəqəsinin qurulması və eko-aksiyanın dayandırılması ilə bağlı açıqlamasında Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvü Könül İsmayılova bildirib.

Könül xanım vurğulayıb ki, xaricdən təzyiqlər azmış kimi daxildən də xalqımızı bu cür yanlış, qərəzli fikirlərlə çaşdıranlar çox olub. O, qeyd edib ki, bundan sonra imkan verilməməlidir ki, dövlətimizin əldə etdiyi uğurlara kimlərsə kölgə salsın:

“Məlumdur ki, ekofəalların aksiyası öz məntiqi hədəfinə çatdı. Laçın-Xankəndi yolunda səhrəd nəzarət buraxılış məntəqəsinin qoyulması təhlükəsizliyə, Azərbaycan dövlətinin suverenliyinin qorunmasına bir təminat oldu.

138 gündən sonra aksiya dayandırıldı. “Aksiya niyə dayandırıldı, buraxılış məntəqəsi niyə ermənilərdən sonra yaradıldı” deyib yalandan hay-həşir salanların diqqətinə çatdırmaq istəyirəm ki, ekofəallar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərin qüvvədə qaldığını və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərilərndə saxladıqlarını bəyan ediblər”.

K.İsmayılov bildirib ki, ekofəallar özlərinin də dedikləri kimi, aksiyanı müvəqəti dayandırıblar, çünki Xankəndi ətrafında təbii sərvətlərimizin talan edilməsinin dayandırılması və bu ərazidə monitorinlərin aparılması qarşıda dayanan ümdə vəzifələrdən biridir:

“Danılmaz faktdır ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasnda ekoaksiyada vətəndaş cəmiyyətlərinin, ictimaiyyətin tanınmış şəxslərinin iştirakı danılmazdır, qürurvericidir.

Laçın-Xankəndi yolunda səhrəd nəzarət buraxılış məntəqəsinin qoyulmasına gəlincə, gec ya tez qurulmasının fərqi yoxdur. Əsas odur ki, bununla biz dövlət olaraq məqsədimizə daha bir addım irəlilədiyimizi göstərmiş olduq”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir