İdman

Bu il dopinqə düşməsi təsdiqlənmiş Azərbaycan idmançılarının adları bilindi

Sharing is caring!

Bu il dopinqə düşdüyü təsdiqlənmiş Azərbaycan idmançılarının sayı bəlli olub.

“Report”un məlumatına görə, onların sayı 7 nəfərdir.

2019-cu ildə hərbçi idmançılar arasında keçirilmiş VII Dünya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşçisi Mikayıl Rəhmanov 4 illik cəzalandırılıb.

Ötən il Moskvada keçirilmiş pauerliftinq üzrə dünya çempionatında gümüş medal qazanmış Kamran Lazımov və bürünc mükafatçı Aydın Hümbətov müvafiq olaraq 4 və 8 illik cəza alıblar. Hümbətovun cəzasının çoxluğu 3 antidopinq qayda pozuntusuna yol verməsi və “idmançı və ya digər şəxs tərəfindən dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi”nin olması ilə bağlıdır.

Karateçi Arzu Hüseynova da 4 illik cəzaya məhkum edilib.

Basketbolçu Valeri Ramazanov və yanvarda keçirilmiş boks üzrə son Azərbaycan çempionatının bürünc medalçısı Elməddin İsmayılov 2 illik cəzalandırılıb.

Həmçinin karatenin kata növündə əvvəllər Azərbaycanı təmsil etmiş İran əsilli Neda Rezayi 4 illik cəza alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir