Siyasət

Talış kəndinin sakinləri doğma yurda qayıdışın sevincini yaşayırlar – VİDEO

Sharing is caring!


Tərtər rayonunun Talış kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.

2023-cü il martın 16-da Talışa ilk köç karvanı ilə gəlmiş  kənd sakinləri, məktəblilər buradakı şəraitdən və doğma kənddə dönüşdən məmnundurlar.

Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.

Xatırladaq ki, Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd  həsrəti  bitən 90  kənd sakini bu torpağa yeni nəfəs gətiriblər.

Dövlət Komitəsinin əməkdaşları ilə söhbətdə Talış sakinləri doğma yurda qayıdışın sevinci ilə yanaşı, burada gördükləri işlərdən də söz açıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir