Cəmiyyət

Sənət adamlarının qohum evliliklərinə münasibəti: “Sevgi insan həyatında bir müddətlik olur” – SORĞU + FOTO

Sharing is caring!

Qohum evliliklərinə qadağa qoyulması ilə bağlı təklif cəmiyyətdə rezonans doğurub. Bir qisim qan bağı olan şəxslərin nikahından doğulan uşaqların sağlamlıqları ilə bağlı ciddi fəsadlar yaşadığı üçün belə nikahların qadağan edilməsinin tərəfdarıdır. Bəziləri isə hətta qanunla müəyyən məhdudiyyətlər nəzərdə tutulsa belə, bu məsələləri ailə işi hesab edir və heç bir problem görmürlər.

Bəs hər hərəkəti ilə üzdə olan, gənclərin kumir kimi gördükləri məşhurlarımızın qohum evliliklərinə münasibəti necədir? Oxu.Az bununla bağlı kiçik bir sorğu keçirib.

Aparıcı Murad Əzimzadə suallarımızı cavablandırmaq istəməyib. O, özünün də qohumu ilə evləndiyini söyləyib.

Əməkdar artist Mehriban Xanlarova bildirib ki, övladlar ana-atalarının ucbatından zülm çəkirlər:

“Qohum evlilikləri ləğv edilsə, super olar. Xəstə doğulan körpələrin sayı azalar, uşaqlarımız da bədbəxt olmazlar”. 

Müğənni Xuraman Şuşalının fikrincə, cütlüklər nikahdan öncə mütləq xüsusi müayinədən keçməlidirlər:

“Belə olarsa, valideynlər də, uşaqlar da, həkimlər də əziyyət çəkməyəcəklər. Əgər evlənməyə hazırlaşanların qanları uyğun gəlmirsə, mütləq bu, onların övladlarının səhhətində özünü büruzə verəcək. Buna görə də ya heç uşaq dünyaya gətirməsinlər, ya da öncədən ciddi şəkildə müalicə alsınlar ki, körpələri sağlam doğulsun”.

“Gələcəkdə övladlarınızın qohumla ailə qurmalarına razı olarsınız?” sualına isə müğənni belə cavab verib:

“Onların ailə qurmasına tibb razılıq verəcəksə, problem yoxdur. Hər şey sevgi ilə bitmir, sevgi insan həyatında bir müddətlik olur. Ağlı da işə salmaq və gələcək həyatı düşünmək lazımdır”.

Cansu Məmmədli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir