manset Siyasət

Deputat: “Cəmil Həsənli ölkəmizə qarşı beynəlxalq maşa missiyasını həyata keçirir”

Sharing is caring!

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Milli Şuranın sədri Cəmil Həsənlinin karantin qaydalarına əməl etməyənlərə qarşı yazılmış cərimələrin ləğvi barədə təklifinə cavab verib. 

Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bildirib ki, Cəmil Həsənlinin növbəti avantürası yenidən sosial şəbəkədədir:

“Heç bir hüquqi əsası olmayan, hüquqi nihilizminin ifadəsi kimi diqqəti cəlb edən, koronavirusun yaratdığı dəhişətlərin məntiqinə uyğun gəlməyən sifarişli yazısı bir daha onun antimilli mahiyyətini ortaya qoymaqdadı. Amorf bir qurumun adından təqdim edilən açıqlama əslində dövlətə qarşı itaətsizliyə çağrışdır, vətəndaşlarımızın dövlətçiliyimizə inamsızlıq yaratmaq cəhdidi və bütün dəyərlərə xəyanətdir”.

Deputat deyib ki, Cəmil Həsənli hüquqşünas deyil, deməli bu yazını da o hazırlamayıb:

“Ölkəmizin düşmənləri onu hazırlayıb və Vətən satqınına da əmr ediblər ki, həmin fikirləri  indiki durumda dövriyyəyə buraxsın. Təbii ki, dəbdəbəli həyatın əvəzində Cəmil Həsənli maşa funksiyasını yerinə yetirib. Vaxtilə milli maşa rolunu oynayan Cəmil Həsənli artıq ölkəmizə qarşı beynəlxalq maşa missiyasını həyata keçirməkdədir. Tarix xəyanətləri unutmur və bağışlamır. Artıq müasir Azərbaycan tarixi onun alnına xəyanətkar və satqın möhürünü vurub. Belələrinin əzabını və xəcalətini isə bir qayda olaraq onun törəmələri çəkir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir