Siyasət

Milli Məclisin komitə sədri: “Türkiyə son 20 ildə Ərdoğanın liderliyi ilə çox böyük uğurlara imza atıb”

Sharing is caring!


“Biz Türkiyənin uğurları ilə fəxr edirik. Türkiyənin belə bir güclü lideri və dövləti ilə qürur duyuruq və fəxr edirik”.

“Report”un İzmirə ezam olunan əməkdaşının verdiyi məlumatına görə, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək 28-ci çağırış millət vəkili seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının namizədlərinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O, təəssüflə bildirib ki, bu yaxınlarda Türkiyədə böyük fəlakətlərə yol açan zəlzələlər olub:

“İlk dəqiqələrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyev və dövlətimiz qardaş ölkənin yanında oldu. Azərbaycan Prezidenti hər zaman qeyd edir ki, Türkiyə və Azərbaycan bir yumruq və ürəkdir. Azərbaycan və Türkiyə qardaşlığı bu gün sürətlə inkişaf edir. Dünyada bu formada əməkdaşlıq quran başqa ölkələr tapmaq mümkün deyil. Türkiyənin sevincini öz sevincimiz, kədərini öz kədərimiz bilirik”.

Ə.Əmiraslanov söyləyib ki, 44 günlük Vətən müharibəsi zamanında qardaş ölkənin prezidenti və xalqı Azərbaycanın yanında olub:

“Bunu Azərbaycanda hər kəs bilir və bununla qürur duyur. Türkiyə son 20 ildə çox böyük uğurlara imza atıb. Sənayedən hərbiyə qədər inkişaf edib. Biz Türkiyənin uğurları ilə fəxr edirik. Türkiyənin belə bir güclü lideri və Türkiyə ilə qürur duyuruq, fəxr edirik”.

“Biz inanırıq ki, Türkiyə xalqı düzgün seçim edəcək. Əminəm ki, bizim də ürəyimizdən olan bir seçim olacaq”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir