Cəmiyyət

Bəxtiyar Hacıyevin məhkəməsi başlayır

Sharing is caring!


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

A.Layıc bildirib ki, yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrında həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir