Siyasət

Ceyhun Bayramov erməni təxribatından danışdı – VİDEO

Sharing is caring!


“Dekabr ayından etibarən Ermənistanın destruktiv yanaşması nəticəsinə fiziki görüşlər keçirilməyib. Son müddətdə beynəlxalq vasitəçilər erməniləri bu mövqeyindən çəkindirmək üçün addımlar atırlar”.

Oxu.Az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, Ermənistanın destruktiv yanaşması danışıqlar prosesində ziddiyyətli addımların atılması ilə yekunlaşmır:

“Azərbaycan həmişə ATƏT-in prinsiplərinə sadiq qalıb. Biz həmişə ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin toxunulmazlığı prinsipinə sadiq qalmışıq. Azərbaycanın mövqeyi daim prinsipial, davamlı olub.  Ermənistan təcavüzünün nəticələri Azərbaycan cəmiyyətinin həyatında uzun müddət özünü göstərib. Biz bölgədə siyasi və hərbi təxribatların həyata keçirilməsini də görürük və sonuncu təxribat dünən baş verdi”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir