İdman

“Neftçi”də problem: Klub həm təzminat ödədi, həm də cərimələndi

Sharing is caring!


“Neftçi” keçmiş futbolçusu Mirabdulla Abbasova təzminat ödəyib.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisinin sabiq hücumçusu ilə müqaviləni pozması klubu 80 min manat ziyana salıb. “Ağ-qaralar” AFFA Apellyasiya Arbitraj Tribunalının qərarı əsasında təzminat vermək məcburiyyətində qalıblar.

Bundan əlavə, ödəmədə gecikmə olduğu üçün Apellyasiya Arbitraj Tribunalı “Neftçi”ni əvvəlcə 44, daha sonra 20 manat cərimələyib.

Mirabdulla Abbasov 2016-2022-ci illərdə “Neftçi”nin futbolçusu olub. “Ağ-qaralar” müxtəlif illərdə onu “”Dauqavplis” (Latviya), “Sumqayıt” və “Səbail”ə icarəyə veriblər. Mirabdulla keçən ilin sentyabrından “Səbail”də çıxış edir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir