Siyasət

XİN rəsmisi: “Bu hücumun məsuliyyəti İranın üzərindədir”

Sharing is caring!

“İran Azərbaycanın oradakı səfirliyə edilən hər hansı hücumun qarşısını almalı, mühafizəni gücləndirməli idi. Təəssüf ki, bu, edilməyib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslərin, sifarişçilərin qısa müddətdə müəyyən edilməsini və məlumat verilməsini tələb edirik:

“Bu hücumun məsuliyyəti İranın üzərindədir”.

“Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük”, – deyə XİN rəsmisi qeyd edib. 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir