Kriminal

İngilis dili müəllimi dərsdən çıxıb məhkəməyə gəldi, həbs edildi – FOTO

Sharing is caring!


Mənimsəmədə ittiham olunan Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəbin sabiq direktoru Seymur Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Cəlilabad Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökm gününə kimi orta məktəbdə ingilis dili müəllimi işləyən S.Cəfərov iki il altı ay müddətinə azadlıqdan məhrum edilib. Dərsdən birbaşa prosesə gələn müəllim məhkəmə zalında həbs edilərək istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, S.Cəfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, məktəb direktoru işlədiyi müddətdə 12 min manat büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Barəsində istintaq dövrü müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü təqsirli bilməyib, dəymiş ziyanı ödəməkdən imtina edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir