Siyasət

Multikulturalizm Mərkəzi Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu ilə memorandum imzalayıb

Sharing is caring!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Memorandumun məqsədi elmi-tədqiqat sahəsində, ictimai həmrəylik və vəhdət sahəsinə metodoloji və ekspert dəstəyinin göstərilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Memoranduma əsasən, elmi-tədqiqat işləri sahəsində əməkdaşlıq ediləcək – elmi şöbələr arasında əlaqələr qurulacaq, qarşılıqlı şəkildə razılaşdırılmış mövzular üzrə birgə araşdırmalar aparılacaq, qarşılıqlı səfərlər təşkil olunacaq, onlayn və oflayn formatlarda elmi seminarlar, təlimlər, konfranslar, dəyirmi masalar keçiriləcək.

Həmçinin etnik münasibətlərin inkişafı sahəsində qabaqcıl təcrübə mübadiləsi, metodologiya, etnik vəziyyətin təhlili, dövlət orqanları üçün proqnozların və tövsiyələrin işlənib-hazırlanması prosesi çərçivəsində birgə fəaliyyət göstəriləcək. Mədəni, mənəvi və milli dəyərlərin, etnik həmrəyliyin qorunub-saxlanması və möhkəmləndirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.

Tərəflər birgə tədbirlər, təcrübə mübadiləsinin təmin olunması məqsədilə elmi işçilər üçün təcrübə kursları təşkil edəcəklər. Elmi-tədqiqat proqramlarına və layihələrinə, o cümlədən dövlət qrant müsabiqələrinə və proqramlarına birgə qoşulacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir