Siyasət

2018-ci ilin 11 aprelində seçicilər davamlı inkişaf və siyasi sabitliyə səs vermiş oldu -ÖZƏL

Sharing is caring!

“2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki oldu. Bu seçkidə də Azərbaycanın aktiv seçici kütləsinin mütləq əksəriyyəti davamlı inkişafı və soyasi sabitliyə səs vermiş oldu. Bu iki əsas məqamı özündə cəmlışdirən isə Cənab İlham Əliyev idi”.

Bu fikirləri Newscenter.az-a Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin SŞ və İH-nin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, həmin dövdə ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər var idi6

“Birincisi, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsi, ikincisi, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulması, üçüncüsü, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılması, nəhayət, dördüncüsü, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd edirdi”.

Könül İsmayılova deyib ki, 2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdi:

“Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçildi”.

Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi:

“Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyətdir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir