İdman

Qara Qarayevdən vida mesajı: “Ayrılıq da sevginin bir hissəsidir” – YENİLƏNİB

Sharing is caring!


“Qarabağ”dan ayrılan Qara Qarayev Ağdam klubu ilə vidalaşıb.

Bununla bağlı futbolçu özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Bu mesajım “Qarabağ” ailəsinədir!

18 il öncə “Qarabağ”ın akademiyasında seçimlərə qatıldığım gün yadımdadır. Həmin gündən sizi həm futbolçu, həm də bir çox oyunlarda kapitan kimi təmsil etmək çox böyük məsuliyyət idi! Mən bu anların hər bir saniyəsini yüksək qiymətləndirirəm və fəxr edirəm. Bu 18 il ərzində çalışdım ki, ləyaqətli şəkildə “Qarabağ”ın adını daim uca tutum və şərəflə xidmət edim.

İndi isə keçmiş və hazırkı komanda yoldaşlarım, məşqçilər, klubumuzun prezidenti, bu müddət ərzində mənimlə birgə çalışmış insanlar və hər zaman mənə sevgi ilə yanaşan, dəstəkləyən, çətin və yaxşı günlərdə yanımızda olan, xoşbəxt və kədərli günləri birlikdə yaşadığımız azarkeşlərə təşəkkür edirəm. Hər zaman mənə öz övladınız, qardaşınız kimi sahibləndiniz…

Futbolda böyüməyi, Azərbaycan idmanı tarixindəki bütün uğurlarımı “Qarabağ”a borcluyam. Bütün azarkeşlərə, eləcə də “İmarət” və “Qarabağ ordu”ya öz sevgimi bildirmək istəyirəm, siz hər zaman ürəyimdəsiniz! Ayrılıq da sevginin bir hissəsidir. Qarabağlı olaraq, “Qarabağ” daim ürəyimdə qalacaq”, – Qara Qarayev yazıb.

13:24

“Qarabağ” futbolçusu Qara Qarayevlə vidalaşıb.

Bu barədə Ağdam klubu paylaşım edib.

Bildirilib ki, 31 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu komandanı tərk edib. Klub ona təşəkkür edib.

Qarayevin “Neftçi”yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən bəri “Qarabağ”ın əsas komandasında çıxış edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir