Siyasət

Siyavuş Novruzov: “İran və Ermənistanın pulu ilə maliyyələşənlər Azərbaycan barədə yalan məlumatlar yayırlar”

Sharing is caring!


“İran və Ermənistanın pulu ilə maliyyələşənlər xaricdə Azərbaycan haqqında yalan məlumatlar yayırlar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 7-də keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərin müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, hər gün saxta informasiyaların şahidi olur.

S.Novruzov vurğulayıb ki, bu gün dünya informasiya əsasında idarə olunur:

“Dünyada gedən müharibələr də məhz informasiya müharibələrindən başlayır. İnformasiyanın qorunması, saxlanılması, ötürülməsi bu gün üçün aktual məsələdir. Bu sahədə qanunvericilik bazamızı daha da sərtləşdirməliyik”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda dezinformasiya geniş yayılıb:

“Misal olaraq, deputat Fazil Mustafa qarşı edilən sui-qəsdi hər kəs bir tərəfə yönləndirir. İnsan sağlamlığı uğrunda mübarizə apardığı dövrdə onun barəsində yalan informasiyaların yayıldığını da görür. Bu kimi yalan informasiyaların qarşısını almaq üçün lazımı addımlar atıb qanunları sərtləşdirməliyik. Hər adamı məhkəməyə verməyə qalsa, gərək həmin məhkəmənin qarşısında yüz deputat dayana və həmin şəxsləri məhkəməyə cəlb edə”.

“Hər gün ölkəmizlə bağlı saxta informasiyaların şahidi oluruq. Xaricdə oturanlar yalan məlumatlar yayırlar. Azərbaycanın dövlətinin, Prezidentinin gördüyü işləri fərqli formada yalan şəkildə insanlara sırımağa çalışanlar var. Bunun qarşısını almaq lazımdır. Qanun çərçivəsində mütləq qabaqlayıcı tədbirlər görülməlidir”, – S.Novruzov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir