Cəmiyyət

Xaricdə təhsil alıb TƏBİB-in xəstəxanalarında çalışanların minimum maaşı 5000-6500 manatdır

Sharing is caring!


Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilib.

Oxu.Az xəbər verir ki, bu fikirləri TƏBİB-in Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə səsləndirib.

O bildirib ki, proqram çərçivəsində xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis 15 TƏBİB tabeli tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib:

“İşə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı 6500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5000 manat təşkil edilib. Qeyd edim ki, bu proqram yaxın zamanlarda İcbari Tibbi Sığorta Dövlət Agentliyinin idarə heyətinin sədrinin qərarı ilə bir il müddətinə uzadılıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir