Siyasət

Prezidentin Tacikistan səfər mühüm əhəmiyyət kəsb edir – ÖZƏL

Sharing is caring!

“Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri mühüm əhəmiyyət kəsb edir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin SŞ və İH-nin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, Düşənbədə keçirilən görüşlər zamanı Prezident ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafını qeyd edərək bunun  məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsi kimi dəyərləndirdi: “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi”.

Könül İsmayılova deyib ki, Prezident İlham Əliyev bu tarixə toxunmaqla önəmli məsələləri irəli çəkdi: “Həqiqətən də, ən dəhşətli müharibə qardaş qırğınıdır. O vaxt Tacikistanda  Prezident Rəhmon, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyev ölkələrində qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər. Bu gün isə həm Tacikistan, həm də Azərbaycan iki sabit dövlətdir. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Hər iki ölkənin bu günkü vəziyyətinin arxasında böyük liderlərin, xalqlarımızın əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni etdilər”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir