Siyasət

“İƏT İranın antiislam fəaliyyəti ilə bağlı qərar qəbul etməlidir” – RƏY + FOTO

Sharing is caring!


“İran parlamentinin 210 deputatı Azərbaycana qarşı bəyanat verdi. Bu, molla rejiminin dindən ancaq siyasi təzyiq və çirkin məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etdiyini açıq-aydın göstərir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, İran parlamentinin 210 nəfər deputatının bəyanatından bu ölkənin mövcud rejiminin dindən ancaq siyasi təzyiq və çirkin məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etdiyi açıq-aydın görünür:

“Bəyanatdan görünür ki, İran öz anti-Azərbaycan siyasətinə İƏT-dən də dəstək almaq istəyir. Lakin İran deputatlarının nəzərinə çatdırmaq istərdik ki, İran 30 il ərzində qurumun Ermənistanın işğalçılıq əməlləri ilə bağlı qəbul etdiyi qərarlarına biganə yanaşıb. O zaman nədənsə İran rejiminin təmsilçilərinin və deputatlarının yadına İslam həmrəyliyi düşmürdü. Əksinə, onlar İslam dəyərlərini təhqir edən işğalçı Ermənistanla qardaş-bacı olublar”.

Vüqar İskəndərov bildirib ki, İran başqa ölkələrdə qanlı aksiyalar törədir, terrorlar üçün sifarişlər verir.

“Belə bir dövlət öz daxilində 40 milyonluq azərbaycanlıların məktəblərini, mədəniyyət mərkəzlərini bağlayır. Etnik azərbaycanlılara bu ölkədə ikinci dərəcəli millət kimi baxılır. Onlar dövlət aparatlarına və digər vəzifələrə irəli çəkilmir”- Vüqar İskəndərov bildirib.

Millət vəkili qeyd edin ki, İranda 40-dan artıq erməni kilsəsi, məktəbləri mədəniyyət mərkəzləri açılır.

“Ermənilər İranda xüsusi imtiyazlara malikdirlər. Bütün bunlar əsas verir ki, İslam Əməkdaşlıq Təşkilatı İranın anti-islam fəaliyyəti ilə bağlı bəyanət qəbul etməlidir!”,-deyə o, fikrini yekunlaşdırıb.

Xatırladaq ki, İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına qarşı bəyanat qəbul edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir