Siyasət

Azərbaycan səfiri etimadnaməsini Misir Prezidentinə təqdim edib – FOTO

Sharing is caring!


Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Əbdülfəttah Əs-Sisiyə təqdim edib.

Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən bildirilib.

Təqdimat mərasimində E.Poluxov Misir Prezidentinə Azərbaycan Prezident İlham Əliyevin salamlarını çatdırıb, cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib.

Diplomat Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğunu söyləyib.

Misir Prezident Əbdülfəttah Əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib, Misir tərəfinin xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu söyləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir