Siyasət

İnam Kərimov hakim kimi and içdi – FOTO

Sharing is caring!


Bu gün Ali Məhkəmənin Plenumunun iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı ilə əlaqədar andiçmə mərasimi keçirilib.

O, Plenum iclasında “Məhkəmələr və hakimlər” haqqında qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Qeyd edək ki, İ.Kərimov Prezidentin aprelin 4-də imzaladığı digər sərəncamla Ali Məhkəmənin sədri təyin edilib. Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir