Siyasət

ABŞ səfirliyi: “ANAMA-ya dəstək olmaqdan qürur duyuruq” – FOTO

Sharing is caring!


“ANAMA və onun cəsarətli minatəmizləyicilərinə dəstək olmaqdan qürur duyuruq”.

Bunu ABŞ-nin Azərbaycandakı səfirliyi Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı “Twitter” paylaşımında bildirib.

“Regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb”, – qeyd olunub.

Vurğulanıb ki, ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə 4,6 milyard dollardan çox sərmayə yatırmaqla adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir