İdman

MOK-un baş katibi Azər Əliyev EYOF komissiyasının iclasında iştirak edib

Sharing is caring!


Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) üzvü olduğu komissiyasının iclasında iştirak edib.

Oxu.Az MOK-un Mətbuat Xidmətinə istinadən xəbər verir ki,əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına Friuli Venesiya Juliua-2023 Qış və Maribor-2023 Yay Olimpiya festivallarının hesabatları təqdim olunub.

Sonra Bakuriani Borjomi-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, festival çərçivəsində yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub.

Görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar barədə müzakirələr aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir