Siyasət

Ermənistan MN-in yalanının üstü açıldı: Əsir götürüldüyü iddia edilən azmış hərbçi tapıldı

Sharing is caring!


Ermənistan Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi hərbçisini tapıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.

Əsgərin həyatı üçün təhlükənin olmadığı vurğulanır.

Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib etmişdi.

Mənbə: NEWS.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir