Siyasət

Yuşşenko: “Azərbaycan xalqının bəxti gətirib ki, onların Heydər Əliyev kimi lideri olub”

Sharing is caring!

“Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin – millətin formalaşmasının öhdəsindən gəldi”.

“Report” xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub.

O qeyd edib ki, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən Heydər Əliyevi Ukraynada qəbul etmək şərəfinə nail olub və Azərbaycanın ilk milli valyutasının çapına dair əmr alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir