Siyasət

Latviya Prezidenti: “Azərbaycan qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb”

Sharing is caring!

“Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Bu, 120 üzv dövlətdən ibarət olan yaxşı bir platformadır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumundakı çıxışında bildirib.

Azərbaycanın son illər ərzində oynadığı mühüm rolunun beynəlxalq münasibətlərdə etiraf olunduğunu qeyd edən Egils Levits deyib ki, əslində Azərbaycan siyasi baxımdan, yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb. Azərbaycan COVID-19 pandemiyasından sonrakı qlobal diskussiyalara aparıcılıq edir.

Latviya Prezidenti vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq, xüsusən onun BMT ilə işbirliyi onun ölkəsi üçün də vacibdir:

“Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir. Bu, ümumiyyətlə, Azərbaycanın ümumi siyasətinin vacib bir hissəsidir. Təbii ki, bu da ölkələrimiz arasında yaxşı münasibətlərdən irəli gəlir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir