Kriminal

Bakıda otelin həyətində bir nəfər bıçaqlanıb

Sharing is caring!

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xəbəral.az APA-ya istinadən bildirir ki, hadisə Nardaran qəsəbəsində yerləşən otellərin birinin həyətyanı sahəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Şeydayev Xosrov Şeyda oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bud nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Fakt araşdırılır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir