Siyasət

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Azərbaycan Prezidentinə təşəkkür etdi

Sharing is caring!

“BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmaslar həyata keçirilir”.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Prezident İlham Əliyevlə görüşündə deyib.

Alyansın fəaliyyətini daim dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkür edən ali nümayəndə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Vurğulayıb ki, bu Mərkəz artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış edir.

Qonaq, həmçinin Alyansın “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu xüsusda da Azərbaycanla əməkdaşlığa hazır olduğunu deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir