Siyasət

Türkiyəli deputat Azərbaycana təşəkkür etdi – VİDEO

Sharing is caring!

“Zəlzələnin ilk anından etibarən dağıntılar altında qalanların acısını dərindən hiss edən azərbaycanlı, qazaxıstanlı, qırğızıstanlı, özbəkistanlı və türkmənistanlı qardaşlarımız Türkiyədən maddi və mənəvi dəstəklərini əsirgəmədilər”.

Bu sözləri Türkiyə parlamentinin üzvü Rəcəb Şəkər TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası zamanı deyib.

“Bu çətin günlərdə TÜRKPA üzvü olan qardaşlarımız bizi tək buraxmadı. Xilasedici qüvvələr göndərdilər, çadırlar, səhra xəstəxanaları qurdular və əllərindən gələn bütün köməkliyi etdilər”, – deyə türkiyəli deputat əlavə edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir