Siyasət

Səfir: “Ermənistan Xocalıda törədilən vəhşiliklərdə öz günahını etiraf etməyib”

Sharing is caring!

Ermənistan 31 il keçməsinə baxmayaraq, Xocalıda törədilən vəhşiliklərdə öz günahını etiraf etməyib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici işlər nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyası üzvləri, eləcə də yerli və xarici mətbuat nümayəndələrinin iştirakı ilə “Keçid ədaləti və dayanıqlı sülh” mövzusunda keçirilən dəyirmi masada deyib.

Səfir əlavə edib ki, “Xocalı: barışıq naminə etiraf et” beynəlxalq koalisiyasının əsas təklifi cinayəti törədən tərəfin etirafından ibarət olan keçid ədaləti adlanan mexanizmdən istifadə edilməsidir. Onun sözlərinə görə, hazırda bu mexanizm tərəflər arasında barışığa nail olmaq üsulu kimi müxtəlif formatlarda çox geniş istifadə olunur.

O, koalisiyaya səmərəli fəaliyyətinə görə təşəkkür edib və Azərbaycanın hazırda ədalət və sülhə kökləndiyini, tarixdə yeni səhifə açmağa hazır olduğunu vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir